Dünyanın ən qeyri-adi 5 oteli

122 metr yüksəklikdə, havadan asılı, dağın yamacında yerləşən şəffaf şüşəli oteldə qalmaq istəyərsiz? Alternativimiz də var, krandan hazırlanmış otel.

Sey-yah.com dünyanın ən maraqlı 5 otelini təqdim edir:

Dəniz konteynerlərindən butik otel, Yuxarı Qudauri, Gürcüstan

Otel Tbilisidən 120 km məsafədə, 2 min metr yüksəklikdə yerləşir. Tikilinin arxitektorları Sandro Ramişvili və İrakli Eristavidir.

Kakslauttanen oteli, Finlandiya

Laplandiyada yerləşən bu otel qış sezonunun əsl istirahət məkanı hesab olunur. Otel otaqlarının şüşələri termaldan hazırlanıb, hər bir otaqda yataq və vanna var. Şimal işıqlarını ən gözəl müşahidə edə biləcəyiniz bu məkanda gecələmək 400 avroya başa gəlir.

The Krane oteli, Kopenhagen, Danimarka

Heç yük kranından da otel olar? Qəribə gələ bilər, amma görünür avropalı dostlarımız turizmdən yaxşı anlayır. 15 metr yüksəklikdə yerləşən bu kran oteldə gecələmənin qiyməti 2500 avrodur. İçərisində cakuzi, sauna, bir sözlə komfort şərait üçün hər bir imkan var.

Rurmonde, Hollandiya

Son 10 ildə Hollandiyada cinayətkarlığın səviyyəsi ən aşağı həddə düşüb. Nəticədə 1863-cü ildə inşa olunan həbsxanalardan biri otelə çevrilib. “Ev dustaqlığı” adlı bu oteldə hər bir lüks şərait var. Gecəsi 112 dollar təşkil edir.

Skylodge Adventure Suites, Peru

Şəffaf kapsullardan ibarət olan otel yerdən 122 metr yüksəklikdə yerləşir. Otelə getmək üçün ya dağa dırmanmalı, ya da alternativ olaraq kəndirlər vasitəsilə zirvədən enməlisiniz. Bu otelin gecəsi 430 avrodur.

* Bizi Facebook (facebook.com/seyyahcom), Twitter (twitter.com/seyyah_com) və Instagramda (instagram.com/seyyah_com) izləyə bilərsiniz.

© Xəbərlərdən istifadə edərkən istinad etmək mədəniyyətdir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *