Azərbaycanın 6 ən gözəl yaylağı

Dünyanın yaylaq turizmi ilə nisbətdə Azərbaycanda bu sahə bir o qədər də inkişaf etməyib.  Nə yalan deyək? Azərbaycanlı biznesmenlər yaylaqların heç üzünə də baxmaq istəmirlər. Ona görə də turizm infrastrukturu baxımından kəşf edilməmiş ərazilər kimi qalır. Sözügedən yaylaqları , bölgəyə yaxın  olanlar  , nisbətən də şəhər sakinləri tanıyır.

Amma bilirik ki, dünyada bu tip əraziləri turizm cənnətinə çevirirlər. Hər il milyonlarla turist qonaq olur. Gecələməyə otelləri, qidalanmağa restoranları var. Bizdə isə bir zamanlar xanların, bəylərin vazkeçilməz istirahət yerləri olan yaylaqlarda demək olar ki, şərait sıfıra bərabərdir.

Amma biz bunları ümidinizi üzəsiniz deyə, demirik. Azərbaycandakı yaylaqların bir şəklinə baxmağınız kifayətdir ki, internetdə kamp çadırları sifarişinə başlayasınız.

Virtual tura hazır olun, Sey-yah.com sizə Azərbaycanın bir-birindən gözəl 6 yaylağını təqdim edir:

Şah yaylağı, Quba

Xınalıq kəndindən 14 km məsafədə yerləşir. Xınalıq kəndi sakinləri adıçəkilən yaylağa atla turlar təşkil edir.

Şahnabat yaylağı, Qusar

Yaylaq 3000 metr yüksəklikdədir. Bura da atla turlar təşkil edilir. Didər yaylaqlar kimi Şahnabatın da dağ otaqlarına əhali öz sürüsünü gətirir.

Xan yaylağı, Şəki

Bura Şəki xanlarının yay aylarında yaşayış yeri olub. Qədim dövrlərdə istilər düşən kimi xan öz ailəsini, xidmətçilərini də götürüb bura dincəlməyə gələrmiş. Düz soyuqlar başlayana qədər onlar bu yaylaqda qalırmış. Xanların seçimi olan bu yaylağın havasını da, suyunu da özünüz təsəvvür edin.

İvanovka yaylası, İsmayıllı

Göyçay-Dəvəbatan çayları arasında dəniz səviyyəsindən 500- 800 metr yüksəklikdə yerləşir.

2d98aac6206fe179aa0b61bb3ba607bb

Xoşbulaq yaylağı, Daşkəsən

Burada hər tərəf apreldən oktyabrın sonlarınadək yamyaşıl olur. Odur ki, yaylağa getmək üçün kifayət qədər vaxtınız var. Xoşbulaqda  50-yə yaxın bulaq var. Lakin ərazidə heç bir turizm infrastrukturu yoxdur. Sadəcə eyniadlı kəndin camaatı öz gəlirlərini təmin etmək məqsədilə öz kiçik məkanlarında turistləri samovar çayı və kababa qonaq edirlər.

Toğana kəndi

Bütün Gəncə camaatının yaylağı bura hesab edilir. Kürəkçayın sahilindən başlayaraq, yuxarıya doğru uzanan yüksək dağ kəndidir. Turistlər bura çox getdiyindən, yayda yalan olmasın,  iynə atsan yerə düşmür. Ona görə də kirayə evlərin qiyməti baha olur. Deməsi bizdən, tətbiq etməsi sizdən :  Özünüzə mütləq kamp çadırı alın.

 

Nərmin Kərim, Sey-yah.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *