Bu həftə sonu üçün 12 məşğuliyyət

Sonuncu yay ayının ilk həftə sonları – bütün yay arzularını həyata keçirmək lazımdır. Bu həftə sonları məşğul ola biləcəyiniz ən maraqlı şeyləri təqdim edirik.

Hamıya pomidor atmaq

Təkcə düşmənlərimizə yox (ancaq böyük bir ehtimal ki, onlar da orada olacaqlar) – 5 avqustda Bakıda ispan festivalı la Tomatinadan ilhamlanmış pomidor savaşı keçiriləcək. Festival başlanğıcını kiçik şəhər Bunyoldan götürüb, Bakı təşkilatçıları isə bunu Xəzər sahilində təkrarlamağa qərar veriblər. Sizdən lazım olan ağ köynək və yaxşı əhval-ruhiyyədir.

Futbol meydançasında piknik

Futbol fanatları üçün əla imkan – ölkənin ən böyük stadionunda piknik! 5 avqustda Bakı Olimpiya Stadionunun piknik ərazisinə dostları və doğmaları toplamaq, dadlı yemək və otluqda dincəlmək olar. Aktiv istirahət sevənlər üçün isə – futbol, voleybol, stolüstü oyunlar, velosiped, yoqa üzrə master-klass (20:00-dan 21:00-a qədər) olacaq. Sendviç və buterbrodlarınızı səbətinizə yığın və gəlin.

HARADA: Bakı Olimpiya Stadionu

NƏ VAXT: 5 avqust 08:00-dan 11:00-a və 18:00-dan 21:00-a kimi

NECƏ: Piknik ərazisinə ailə ilə giriş – 10 azn, 12 saat öncədən qeydiyyatdan keçsəniz, ödənişsiz ala bilərsiniz!

Sərinlik axtarışında:

Avqust – ən boğucu yay ayıdır. Əgər siz bununla barışmaq istəmirsinizsə, ölkəmizin bölgələrinə sərinlik axtarışına çıxın.

  • Camping Azerbaijan 5-6 avqustda Qaranohur gölü və Laza-Kuzun şəlaləsində piyada gəzintilər təşkil edir.
  • Nature Discovery Azerbaijan Çənlibel gölünə tur təklif edir.
  • Azerbaijan Tours and trips 6 avqustda Qəbələyə raftinqə çağırır.
  • 5-6 avqustda isə Şamaxıda Xtreme Pro ilə birlikdə böyük şişirilmiş yastıqla gölə tullanmaq olar.

Ritmi tutmaq

Kondisionerli məkanlara üstünlük verənlərə isə bir qədəh sərin içki ilə musiqiyə qulaq asmağı məsləhət görürük:

4 avqustda İntourist Bakuda Dilarə Kazımova oxuyacaq.

5 avqustda Hard Rock Cafedə Radio & Video çıxış edəcək.

Əgər yeni bir şey dinləmək istəyirsinizə, 5 avqustda Ahmedowsky Trionun Polygon Cafe & Barda və ya gənc qrup CODA’nın Corsair318’də çıxışına gedin.

Nə yaxşı, nə pis, sadəcə başqa cür

Müasir İncəsənət Mərkəzi Yarat! proqram və yaş auditoriyasını genişləndirir. 4 avqustda onlar 50 yaşında olanları görkəmli sənətkar İlqar Muradovla görüşə dəvət edirlər. “Müdrik Yarat” proqramının iştirakçıları rahat abhavada İlqar Muradovla “Nə yaxşı, nə pis, sadəcə başqa cür” mövzusunda söhbət edəcəklər.

HARADA: Yarat! Contemporary Art Space

NƏ VAXT: 4 avqust 16:00

Mənbə: Bakuafisha.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *