Bakıda yoqa festivalı keçiriləcək

Sabah Bakıda açıq havada yoqa festivalı baş tutacaq.

Sey-yah.com-un məlumatına görə, festival YARAT Müasir İncəsənət Məkanı ilə Bakı Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Festival səhər saat 10-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayacaq.

Tədbir zamanı sizi Xəzərin sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, FLY yoqa və sağlam qida gözləyir!

Festivalın proqramı:

10:00 – 10:40 – yaşıl qazonda yoqa, vegeterian mətbəxi;

11:00 – 19:00 – 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, FLY yoqa, DJ-lərin çıxışı;

19:00 – 22:00 – musiqili çıxışlar və alovlu şou.

Çıxışlar:

Chandramukhi hind rəqs qrupu;

Mr Häppy;

AISEL;

Dihaj;

Safael;

Ahmedowsky Trio;

Alov Şousu;

DJ Vugarixx.

Təşkiltçılar yoqa döşəkçələrinin məhdud sayını nəzərə alaraq, iştirakçılardan döşəkçələr gətirməyi xahiş edir.

Giriş pulsuzdur.

Məkan: Bayıl qəs., Dənizkənarı Bulvar, Su İdman Sarayına yaxın

© Xəbərlərdən istifadə edərkən istinad etmək mədəniyyətdir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *