Dubayda paraşütlə tullanma – Qiymətlər

Paraşütlə tullanmada Dubay dünyada əsas tullanma zonalarından biridir.

Sey-yah.com-un məlumatına görə, həm yeni başlayan, həm də təcrübəli paraşütçülər Dubayda paraşütlə tullana bilərlər. Siz bu zaman World İslandı və Palm Jumeirahı havadan seyr edə bilərsiniz.

Skydive Dubay ilə həyəcanı hiss et

Əmirliklərdə aparıcı paraşütlə tullanma şirkəti olan Skydive Dubay ilə 4000 metrlik hündürlükdə təyyarədən tullanmaq mümkündür. Ümumilikdə 220 000 dəfədən çox paraşütlə tullanmış təlimatçılarla siz bu tanınmış şəhərin üstündən tullanan zaman etibarlı əllərdə və təhlükəsizlik kəmərində olacaqsınız. Bu təcrübəni daima yadda saxlamanız üçün operator əyləncəni filmə çəkir.

Sərbəst düşmə təxminən bir dəqiqə davam edir, sonra təlimatçı paraşütü açır və siz tələsmədən beş dəqiqə aşağı enirsiniz. Bu vaxt sizə Palm Jumeirah-ın üstündən keçərək enmə zolağına düşənə qədər inanılmaz mənzərələri nəzərdən keçirməyə imkan verir. Skydive Dubayın səhrada ikinci “düşmə zonası” var və bu düşərgə şəhərdən 35 kilometr kənarda yerləşir.

Təhlükəsizlik diqqət mərkəzində olduğu üçün həmişə ciddi qayda və qanunlara əməl edilir; Skydive Dubayın internet səhifəsində bu qaydaların tam siyahısını tapa bilərsiniz. (www.skydivedubai.ae)

Şirkətin saytında 1 nəfərlik paraşütlə tullanmanın qiyməti 463 AZN göstərilib.

iFly Dubayda içəridə paraşütlə tullanın

Böyük brendlər Mirdif Şəhər Mərkəzində tapacağınız yeganə şeylər deyil. Bu ticarət mərkəzində Əmirliklərdəki ən böyük macəralardan biri yerləşir: iFly Dubay.

Burada siz tək ticarət mərkəzinə bitişik külək tunelini deyil, həm də dünyada ilk qoşa şaquli külək tunelini tapacaqsınız. 10 metrlik akril şüşə tunellərdə paraşütlə tullana bilərsiniz.

Bu cəsarətli macəra hamı üçün təhlükəsizdir və hətta üç yaşlı uşaqlar belə burada uça bilər.

Şirkətin saytında (www.theplaymania.com/ifly) ilk dəfə bu xidmətdən istifadə edənlər üçün qiymətlər 195 AZN göstərilib.

© Xəbərlərdən istifadə edərkən istinad etmək mədəniyyətdir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *